AZAL İstanbul uçuşlarında üçüncü aviabileti hədiyyə edir
BEY.AZ informasiya agentliyi xəbər verir
AZAL aviaşirkəti Bakıdan İstanbula və əks istiqamətdə olan uçuşlarda Yeni il aksiyasını təqdim edir.
Metbuat.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, iki aviabilet əldə edərkən aviaşirkət üçüncü aviabileti hədiyyə olaraq təqdim edir.
Təklif 26 dekabr 2022-ci il və 8 yanvar 2023-cü il tarixləri arasında yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək.
Aviabiletləri AZAL aviaşirkətinin akkreditə olunmuş bütün agentliklərində və ya aviaşirkətin çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə sorğu göndərməklə rəsmiləşdirmək mümkündür.
Aksiya çərçivəsində hədiyyəli biletin vergi və rüsumları ödənilir. Biletlərin yenidən təxsis edilməsi və ya qaytarılması yalnız eyni vaxtda həyata keçirilə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#AZAL #İstanbul #uçuşlarında #üçüncü #aviabileti #hədiyyə #edir