AzTV və “Haber Global” ortaq yayım təşkil etdi
AzTV və Türkiyənin “Haber Global” telekanalı 27 sentyabr – Anım Günü münasibəti ilə ortaq yayım həyata keçiriblər.
Metbuat.az xəbər verir ki, ortaq yayımda Vətən müharibəsinin başlamasının üçüncü ildönümündə tarixi hadisələri və onun nəticələrini müzakirə edən ekspertlər Azərbaycanın bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atdığını bildiriblər.
Verilişdə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri barədə də danışılıb.