Bədrlənmiş ay 4 bürcə təsir edəcək
2024-cü ilin sonuncu bədrlənmiş ay (dolunay) 15 dekabr saat 04:02-də Əkizlər bürcünün 23°-də baş verəcək. Astroloqlara görə, bədrlənmiş ay şəxsi dəyişikliklər və mənəvi yenilənmə üçün mühüm dönüş nöqtəsi olacaq.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bədrlənmiş ay xüsusilə kommunikasiya, daxili kəşf və məlumat paylaşımını ön plana çəkəcək. Bədrlənmiş ay dövrünün sonunu simvolizə edir və gizli qalmış emosional, zehni və fiziki məsələlərin üzə çıxmasına imkan yaradır. Əkizlər bürcündə baş verən bu bədrlənmiş ay düşüncələri dəqiqləşdirərək insanların inkişafı üçün vacib addımlar atmasına kömək edəcək.
Tələsik qərarlardan çəkinin
Astroloqlar bu dövrdə tələsik qərar verməkdən çəkinməyin vacib olduğunu bildiriblər. Xüsusilə Merkuri planetinin Oxatan bürcündə geriyə hərəkətinin başa çatması ilə birlikdə keçmiş təcrübələrdən dərs almaq üçün əlverişli şərait yaradır.
Mənəvi rahatlıq və tarazlıq
Əkizlər bürcündəki bədrlənmiş ay Yupiterlə eyni xəttə düşür. Yupiterin genişlənmə və mənəvi inkişaf enerjisi insanları daxili rahatlığa və yeni fürsətləri dəyərləndirməyə yönləndirə bilər. Bununla belə, diqqətli və səbirli olmaq tövsiyə olunur.
Xəyal və reallıq arasında sərhəd
Bədrlənmiş ay Neptunla kvadrat bucaq yaradaraq xəyal gücü və intuisiyanı gücləndirəcək. Bu dövrdə yuxular daha real, intuisiyalar isə daha güclü olacaq. Lakin real olmayan gözləntilərdən qaçmaq və ünsiyyətdə sərhədlər qoymaq mühüm olacaq.
Əkizlər, Qız, Oxatan və Balıq bürcləri üçün xüsusi dövr
Bu bədrlənmiş ay dəyişkən bürclər olan Əkizlər, Qız, Oxatan və Balıq bürclərini ən çox təsirləndirəcək. Bu bürclər şəxsi inkişaf yolunda mühüm addımlar ata, ünsiyyət bacarıqlarını gücləndirərək daha açıq və səmimi münasibətlər qura bilərlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |