Bərdədə toy yasa döndü – 1 nəfər öldü
Bərdədə toyda ölüm hadisəsi baş verib.
BEY.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, hadisə şəhərin Səməd Vurğun küçəsində yerləşən “Qızıl Tac” şadlıq sarayında qeydə alınıb.
Toyda iştirak edən 55 yaşlı Goranboy rayon sakini Əmrahov Mobil Nüsrəddin oğlunun halı qəfil pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər kişinin həyatını xilas edə bilməyiblər.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |