fbpx

Bərpa olunan enerji sahəsinə 100 milyard dollar sərmayə qoyulacaq



“Türkiyə bütün sahələrdə özünü inkişaf etdirmək üçün intensiv səylər göstərir. Enerji sektorunda yeni investiyalar üçün hazırlıqlara başlayan Türkiyə 2035-ci ilə qədər bərpa olunan enerji sahəsinə 100 milyard dollara qədər sərmayə qoyacaq. Bu sahədə böyük təcrübəyə malik alman investorları və yeni sərmayədarları ölkəmizə dəvət edirik”.

BEY.AZ xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Almaniyanın paytaxtı Berlində keçirilən 6-cı Türk-Alman Enerji Forumunda deyib.

Nazir çıxışında Türkiyənin enerji yatırımlarına verdiyi əhəmiyyəti vurğulayaraq artan enerji tələbatını qarşılamağın əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Bayraktar artan tələblə Türkiyənin enerji idxalının 2022-ci ildə 96,5 milyard dollara çatacağını və investisiya edərək bunu azaltmağın ikinci əsas prioritetləri olduğunu bildirib.

Nazir Türkiyənin gələcək 30 ildə karbon neytral iqtisadiyyata keçməyi hədəflədiyini vurğulayıb.

“Bu, digər hədəflərdən daha çətindir, çünki iqtisadiyyatın bütün sahələrinə təsir edəcək. Yəni sənayedən kənd təsərrüfatına, kənd təsərrüfatından nəqliyyata və tikililərə qədər bütün sahələrə təsir edəcək. Karbonlaşdırma hədəfimiz enerji sektorunda əsaslı dəyişikliklərə səbəb olacaq. Bu üç hədəfi birlikdə təmin etmək üçün siyasətlərimizi formalaşdırırıq. Bu baxımdan Almaniya ilə çox oxşar cəhətimiz var”, – Bayraktar əlavə edib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin