Bədavi Hüseynov zədələnib
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin heyətində zədələnmiş “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.
“Köhlən atlar”ın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, aparılmış MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən sonra 31 yaşlı müdafiəçidə 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb.
Müayinəyə əsasən, Bədavi Hüseynov 10 – 14 gün məşqlərdən kənarda qalacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.