“Bədbəxt, yazıq” – Stilist Anardan Nanəyə SƏRT SÖZLƏR
BEY.AZ informasiya agentliyi xəbər verir
Tanınmış stilist Anar Ağakişiyev aralarında problem yaranan aparıcı Nanə Ağamalıyevaya söz atıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, sənətçi sosial media hesabında əyləndiyi anların videosunu paylaşaraq “Biz sən bədbəxtdən fərqli olaraq sosiallaşırıq və “Photoshop”un dibinə girmirik, yazıq” sözlərini yazıb və yarpaq smayliki əlavə edərək aparıcının adına eyham vurub.
Qeyd edək ki, Nanə Ağamalıyevanın ATV-dən gedəcəyi bildirilirdi. Buna səbəb isə A.Ağakişiyevə telekanalın efirinə çıxan aparıcıların saç və makiyajına nəzarət etməsi tapşırılması idi.
“Qafqazinfo”nun iddiasına görə, rəhbərlik əməkdaşlarına bildirib ki, stilistin fikri ilə razılaşmayanlar işdən çıxa bilər. N.Ağamalıyevanın da gedişi bununla əlaqə imiş.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.