fbpx

Bəhram Bağırzadə: “Məni söyənlərə 17 dəfə dua edirəm”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bəlkə 4 il əvvəlki verilişdə bu sözlərə başlasaydım, başıma bu işlər gəlməzdi”

Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışında bu dəfə də əməkdar artist Bəhram Bağırzadə qonaq olub.

O son zamanlar onun əleyhinə aparılan müzakirələrdən və təhqirlərdən danışıb.

Rüya tabirlerini burdan oku

“Mən həmişə Allaha təvəkkül edib yaşamışam. 2 il əvvəl məni böyük bir bəladan, ölümdən xilas edib yenidən bu həyata, günahlar dünyasına qaytardı. Ondan sonra heç nədən qorxmuram. Narahatçılığım bir ondandır ki, mən ölüb gedəcəyəm, gələcək nəslə, övladlarımıza görə narahatam. Uşaqların gələcəkdə ailə quracaqları insanlar kim olacaq? Mən istəmirəm övladlarım xarici ölkəyə köçüb yaşasın. İstəməzdim. Mən istəyirəm bu məmləkətdə yaşasınlar.

O cəmiyyətdə ki, gələcəyin terrorçuları, vandalları var, ona görə qorxuram. Biz bunların tərbiyəsi ilə məşğul olmasaq çox böyük faciələr yaşaya bilərik.

Mən bir mədəniyyət işçisi kimi deyirəm ki, mədəniyyətdə deqradasiya gedir.

Mən elə bil həyatımda qəribə təsadüfdür, 5 ildən bir qalmaqala düşürəm. Pandemiyada da komaya düşəndə qalmaqal yaşandı.

Mənim də alnıma belə yazılıb. Allah mənə güc verir, imtahana çəkir. Mən heç vaxt təslim olmayacam.

Məni sosial şəbəkələrdə söyənlərə gündə 17 dəfə dua edirəm.

Mən Don Kixotluq edirəm, bu gün bunu etməsəydim, heç kim deməyəcəkdi. Hamı görür, amma susurlar”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəhram #Bağırzadə #Məni #söyənlərə #dəfə #dua #edirəm

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu