fbpx

Bələdiyyə sədri qəfil vəfat etdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Salyanda barəsində cinayət içi açılan bələdiyyə sədri dünyasını dəyişib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Şorsulu bələdiyyəsinin sədri, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Famil Məmmədov qan təzyiqinin yüksəlməsi nəticəsində 41 yaşında vəfat edib.

Xatırladaq ki, istintaqla Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib.

Rüya tabirlerini burdan oku

Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs barəsində, o cümlədən Salyan rayonun Şorsulu bələdiyyəsinin sədri Famil Məmmədova açılan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bələdiyyə #sədri #qəfil #vəfat #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu