fbpx

Bərdədə fermerlərə təlim keçirilib – FOTOLAR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bərdə rayonunda “Pambıqda boy tənzimləyici hormonların tətbiqi, həmçinin məhsulun yığıma hazırlanması üçün defolyasiya və desikasiya aparılma qaydaları” mövzusunda fermerlər üçün təlim keçirilib.

Bu barədə Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Bərdə rayonunun Yenidaşkənd kəndində fermer Ədalət Əliyevə məxsus pambıq tarlasında keçirilən təlimdə Aqrar Xidmətlər Agentliyinin Bərdə Regional Təlim Mərkəzinin əməkdaşları, fermerlər və aqrar mütəxəssislər iştirak ediblər.

Rüya tabirlerini burdan oku

Təlimçilər qeyd ediblər ki, pambıq bitkisində 3-4 ədəd formalaşmış qoza, 15-17 ədəd simpodial budaq olduqda ucvurma aparılmalıdır. Bildirilib ki, ucvurma və yaxud boy tənzimləyici hormonların tətbiqi kolun formalaşmasına, bar orqanlarının toplanmasına və əmələ gəlməsinə təsir edən ən əsas tədbirlərdən biri sayılır. Ucvurma pambıq kollarına xüsusi forma verməklə, məhsulun maşınla yığılmasını asanlaşdırır.

Mütəxəssislər əlavə ediblər ki, məhsulu itkisiz və qısa zamanda yığmaq üçün pambıq əkinləri defolyasiya və desikasiya edilməlidir. Yığım qabağı qozaların kütləvi açılmasını təmin etmək və yarpaqların yaşıl rəngdə tökülməsi üçün defolyasiya olunur. Defolyasiyanın səmərəliliyi işlənəcək preparatın təsir dərəcəsindən, bitkinin vəziyyətindən, aqrotexniki zəmindən, ətraf temperaturdan, torpaq və havanın nəmliyindən, torpağın münbitliyindən, qidalanma rejimindən və digər amillərdən asılıdır. Desikasiya prosesi isə bitkinin gövdə və yarpaqlarının birlikdə tam qurudulmasıdır.

Təlimin sonunda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu