Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon sakini Z.Təhməzovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb. Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.