fbpx

Bəsitçay və Həkəri çaylarına balıq körpələri buraxılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin mühafizəsinə və su hövzələrində bioresursların bərpasına töhfə vermək məqsədilə Zəngilan rayonu ərazisindən keçən Bəsitçay və Həkəri çaylarına balıq körpələrinin buraxılışı həyata keçirilib.

Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, Zəngilan rayonunda Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə çaylara ümumilikdə 200 000 çəkikimi balıq körpəsi buraxılıb: “Balıq körpələrinin artırılaraq su hövzələrinə buraxılması Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpası baxımından olduqca əhəmiyyətlidir və bu aksiyalar gələcəkdə də davam edəcək”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəsitçay #və #Həkəri #çaylarına #balıq #körpələri #buraxılıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin