fbpx

Bəxtiyar Hacıyev barəsində məhkəmə QƏRAR VERDİ

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

İctimai fəal Bəxtiyar Hacıyev barəsində növbəti dəfə məhkəməyə təqdimat verilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda prokuror iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdiyini əsas gətirərək seçilmiş qətimkan tədbiri müddətinin uzadılmasını istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən B.Hacıyevin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bəxtiyar #Hacıyev #barəsində #məhkəmə #QƏRAR #VERDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu