Bəxtiyar Hacıyevin məhkəmədən ilk görüntüsü yayıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb.
Metbuat.az xəbər verir ki, bugünkü məhkəmədən görüntülər sosial mediada paylaşılıb.
Vəsatətin təmin olunub-olunmaması ilə bağlı məhkəmə qərarı isə hələlik açıqlanmayıb.
Həmin fotonu təqdim edirik:
Qeyd edək ki, ictimai fəalın ev dustaqlığına buraxılması ilə bağlı daha əvvəl bir neçə dəfə vəsatət verilsə də, təmin olunmayıb.
B.Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunaraq dekabrın 9-da həbs edilib. Onun jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulduğu bildirilir.
Xatırladaq ki, B.Hacıyev 2 həftədir davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəxtiyar #Hacıyevin #məhkəmədən #ilk #görüntüsü #yayıldı