fbpx

Bəyannamədə Azərbaycanın, Rusiyanın, Türkiyənin maraqları üst-üstə düşür

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər kəs üçün əlçatandır və istənilən ölkə vətəndaşı sənədin ayrı-ayrı müddaəalarını oxuyub özü üçün nəticə çıxara bilər”.

Bu fikirləri Metbuat.aza siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun şərhinə görə, Bəyannamədə yer alan bütün vəzifə və öhdəliklər qarşılıqlıdır.

“Həm bu amil, həm də hazırda dünyanın ən böyük güc mərkəzlərindən biri olan Rusiya Federasiyasının Azərbaycanla bərabərhüquqlu əsaslarla qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması, sənəddə ölkəmizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətin ifadə olunması, mahiyyət etibarilə qarşılıqlı münasibətlərin bundan sonrakı mənzərəsini bütün çalarları ilə nümayiş etdirir. Ermənistanda və erməni diasporunun fəal nümayəndələri arasında böyük narahatlıqla qarşılanan bir sənədə münasibətdə Azərbaycandakı bəzi qruplarların nümayiş etdirdiyi yanaşma təəccüb doğurmasa da, bəzi məqamlara aydınlıq gətirməyimizə imkan yaradır”.

Müsahibimiz bildirdi ki, Azərbaycan strateji müttəfiqlərinin sayını artırır. Artıq Türkiyə ilə yanaşı qonşu Rusiya da müttəfiqlik münasibətləri çərçivəsində Azərbaycanın təhlükəsizliyinə təminat verən güc mərkəzi kimi çıxış edir.

“Azərbaycan -Türkiyə, Azərbaycan – Rusiya münasibətlərinin strateji müttəfiqlik müstəvisinə qədəm qoyması, son nəticədə hər üç ölkənin qarşılıqlı əməkdaşlığının genişlənməsi üçün geniş imkanlar yaradır ki, bu da yaşadığımız bölgədə təhlükəsizliyin, sabitliyin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı, sosial layihələrin həyata keçirilməsi üçün yeni maliyyə imkanlarının əldə edilməsi deməkdir. Bu xüsusda Azərbaycanın da, Türkiyənin də, Rusiyanın da maraqları üst-üstə düşür”.

Mövzuya münasibətini açıqlayan millət vəkili Azər Badamov qeyd etdi ki, sənədi açıb oxuyan hər bir şəxs bu sənədin nə qədər ustalıqla hazırlandığı görəcəkdir. Regionda sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyi haqqında təsəvvür formalaşdıran sənəddə milli maraqlarımızın əksinə olan heç bir ifadə yoxdur.


“Bu sənəd imzalanmaqla düşmənlərimizin arzuladıqları xam xəyallara nöqtə qoyulmuş oldu. Bəyanatın birinci maddəsində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bununla da, Azərbaycanla Rusiya arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə keçir”.

Azər Badamov vurğuladı ki, Bəyannamədəki bəndlərin 50%-ə qədərində ancaq dövlətlərimizin milli təhlükəsizliklərinin təmin edilməsinə veriləcək töhfələr haqqında danışılır. Əgər Rusiya Azərbaycanın milli təhlükəsizliyinə yüksək dəyər verirsə və bundan sonra da müstəqiliiyi və ərazi bütövlüyünə təhdid oluna biləcək hallar baş verərsə yanımızda olduğunun bəyan edirsə burda asıllıq yaradacaq heç nə yoxdur.

“Moskva Bəyannaməsini ölkəmizin milli təhlükəsizliyinə və ərazi bütövlüyünə, o cümlədən regional təhlükəsizliyə bir qarant hesab edirəm və Rusiya Azərbaycan əlaqələrin daha da möhkəmləndirməklə yeni müstəviyə çıxaracağını düşünürəm” sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin