Bəyimxanım Cavanşirova işdən çıxdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib.
Metbuat.az xəbər verir ki, o bu barədə mətbuata açıqlamasında bildirib:
“Tanınmış nəslin nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin övladı olaraq hər zaman mədəniyyətə, mədəni dəyərlərimizə yaxın insan kimi 2011-ci ildə atamın adına Xan Şuşinski Fondunu təsis etmişəm. Ötən dövr ərzində Xan Şuşinski Fondu olaraq mədəniyyət və incəsənətimizin təbliğinə töhfə vermişik və bu missiyamızı bu gün də davam etdiririk. 2021-ci ildə qeyri-hökumət təşkilatları tərəfindənmənə etimad göstərilib və Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişəm. Bu müddətdə İctimai Şura olaraq mədəniyyətimizin inkişafı ilə bağlı faydalı işlər görmüş, nazirliyə əhəmiyyətli təkliflər vermişik.
Nazirlik yanında bu il yenidən formalaşdırılan İctimai Şura üçün Xan Şuşinski Fondunun rəhbəri kimi yenə də mənə qeyri-hökumət təşkilatları tərəfindən etimad göstərildi və mən Şuraya üzv seçildim. Mənə və rəhbərlik etdiyim fondun fəaliyyətinə göstərilən diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm.
Bu gün öz istəyimlə İctimai Şuradan istefa vermək qərarına gəlmişəm. Biz Xan Şuşinski Fondunun prinsiplərinə sadiq qalaraq, bundan sonra da mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışacağıq.”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəyimxanım #Cavanşirova #işdən #çıxdı