fbpx

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 26-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olub.

Bu barədə Metbuat.az-a xidmətdən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 49 mm, Astarada 34 mm, Lerikdə 31 mm, Yardımlıda 22 mm, Şəkidə 18 mm, Şamaxıda 17 mm, Balakəndə 13 mm, Ağstafa, Tovuz, Qax, Göygöl, Qrız, Qobustan, Zaqatala, Quba,Göyçay, Qusar, Gəncə, Şahdağ, Mingəçevir, Yevlax, Qəbələ, Xaltan, İsmayıllı, Daşkəsən, Şəmkir, Beyləqan, Altıağac, Sədərək, Gədəbəy, Naftalan, Ceyrançöl, Ağdam, Oğuz, Şabran, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Göytəpə, Biləsuvarda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti 27-si səhərədək davam edəcək. 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bəzi #yerlərdə #şimşək #çaxıb #leysan #yağıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu