fbpx

Babadağ​a ziyarətə gedən şəxslərdən birinin meyiti tapıldı – YENİLƏNİB

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri – Xudaverdiyev Niyyət, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-in məlumatında qeyd olunur.

Nazirlikdən həmçinin bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.

Rüya tabirlerini burdan oku

13:44

Xəbər verdiyimiz ki, dünən günorta saatlarından bir qrup şəxs İsmayıllı rayonunun Təzəkənd kəndindən Babadağ silsiləsindəki ziyarətgaha gediblər və yaxınları onlardan xəbər ala bilmir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara başlayıb.

Metbuat.az-a verilən məlumata görə, itkin düşən Məmmədov Mübarizin meyiti tapılıb.

Hazırda digər şəxslərin xilas edilməsi FHN-nin əməkdaşları xilasetmə işlərini davam etdirirlər.

Əlavə məlumat veriləcək.

11:45

Xəbər verdiyimiz kimi, Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən Babadağ pirinə ziyarətə gediblər və onlardan xəbər yoxdur.

FHN-nin mətbuat xidmətindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan məlumat əsasında hadisə ilə bağlı tədbir görülür:

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb”, – deyə məlumatda qeyd olunub.

11:20

Azərbaycanda 20-yə yaxın şəxs İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən Babadağ pirinə ziyarətə gediblər.

Metbuat.az-ın qaynar xəttinə ziyarətə gedənlərin qohumları bildirib ki, dünən günorta saatlarında İsmayıllı rayonunun Təzəkənd kəndindən Babadağa yola düşən həmin şəxslərdən xəbər ala bilmirlər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Bildirildi ki, sorğuya əsasən məsələ ilə bağlı araşdırma aparılacaq.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Babadağ İsmayıllı və Quba rayonlarının sərhəddində yerləşən dağ olub dəniz səviyyəsindən 3632 metr yüksəkdə yerləşir. Babadağ həm də ziyarətgah yeridir və zirvəsi “Həzrətbaba” piri adlanır.

Gülər Seymurqızı





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu