Bağçada uşağın saçını yolan aşpaz cəzalandırılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Sosial şəbəkələrdə bağçada azyaşlı uşağın saçından çəkilməsi ilə bağlı video yayılıb. Məlum olub ki, həmin video Şamaxı şəhər 3 saylı uşaq bağçasında ad günü tədbiri zamanı çəkilib. İddialara görə, uşağın saçından dartan həmin bağçanın aşpazı olub. O, ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından tutaraq dartıb.
Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “Xəzər Xəbər” əməkdaşları bağçada olublar və təfərrüatları araşdırıblar.
Onlar məsələ ilə bağlı əvvəlcə həmin bağçaya gediblər. Məlum olub ki, həmin görüntülərdə adı hallanan şəxs bağçanın aşpazı Sevinc Balakişiyevadır. Jurnalistlərə müsahibə verən həmin şəxs əməlindən peşman olduğunu bildirib.
Çəkiliş zamanı azyaşlının valideyni də həmin bağçaya gəlib.
Qeyd edək ki, hadisənin görüntüləri yeni yayılsa da, iyun ayının 2-də baş verib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.