fbpx

Bakı aeroportuna təcili eniş edən təyyarənin sərnişini öldü



Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

BEY.AZ xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

“Boeing 787” təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.

Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığı qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin