Bakı beynəlxalq tennis turnirinə ev sahibliyi edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Tennis Federasiyası daha bir beynəlxalq yarış təşkil edəcək.
Metbuat.az Federasiyaya istinadən xəbər verir ki, yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirləri keçiriləcək.
Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçiriləcək budəfəki turnirlər 26 noyabr – 11 dekabr 2022-ci il tarixlərində baş tutacaq.
Nisbətən yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan çox sayda qız və oğlan tennisçilər iştirak edəcəklər.
Turnirlərin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, yarışa böyük maraq var. Azərbaycan Tennis Federasiyası daima beynəlxalq yarışların layiqincə təşkili ilə diqqət çəkib. Xüsusilə də, Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirlər də bu qəbildəndir. Bütün tennissevərləri Bakı Tennis Akademiyasına təmsilçilərimizi dəstəkləməyə dəvət edirik.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.