fbpx

Bakı hava limanında sərnişin sayı artdı



Bu ilin 6 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 40 % artaraq 3,388 milyon nəfərə çatıb.

BEY.AZ hava limanına istinadən xəbər verir ki, bu dövr ərzində Bakı aeroportu 17-si aşağıbüdcəli (loukoster) olmaqla, 38 aviaşirkət tərəfindən yerinə yetirilən 27,6 min reysə xidmət göstərib.

Beynəlxalq marşrutlarda 3,045 milyon sərnişin daşınıb. Onlardan 1,609 milyon sərnişin (53 %) xarici aviaşirkətlərin, 1,436 milyonu (47 %) isə milli aviadaşıyıcının payına düşüb. Ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Tbilisi, Dubay və Əbu-Dabi şəhərləri olaraq qalır ki, burada 6 ay ərzində 1,537 milyon sərnişinə xidmət göstərilib.

Naxçıvan marşrutu üzrə isə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti tərəfindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 % çox – 350 min sərnişin daşınıb. Bu istiqamətdə uçuşların sayında da artım qeydə alınıb. Bu ilin altı ayında 3201 uçuş həyata keçirilib ki, bu da ötən ilin eyni dövründəki 2243 reysdən 43 % çoxdur. Bu dövr ərzində ən çox uçuş iyulun 2-də qeydə alınıb, həmin gün 17 reys yerinə yetirilib. Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik müntəzəm olaraq 13 reys həyata keçirilir, təlabat yüksək olduğda sərnişinlər əlavə reyslərlə təmin olunur.

Bundan əlavə, Bakı Hava Limanının tranzit qovşağı kimi rolu artmaqda davam edir. Yanvar-iyun aylarında tranzit sərnişinlərin sayı 142 % artaraq 192 min nəfərdən çox olub. Artım xüsusilə 2024-cü ilin iyun ayında nəzərə çarpıb, tranzit sərnişinlərin sayı ötən ilin iyun ayı ilə müqayisədə 4,5 dəfə artaraq 57,7 min nəfər olub.

Qeyd edək ki, aeroportda infrastrukturun və göstərilən xidmətlərin təkmilləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, habelə səyahətin səmərəliliyini, təhlükəsizliyini və rahatlığını təmin etmək üçün müasir texnologiyaların tətbiqi istiqamətində işlər fəal şəkildə davam etdirilir.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin