Bakı-İstanbul reysi LƏĞV EDİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12 üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.
AZAL-dan Metbuat.az-a verilən məlumata görə, ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.
Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli “Airbus 340” təyyarəsindən istifadə ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.