Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı–Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.
“Buta Airways”in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.