fbpx

Bakı məktəbində DƏHŞƏTLİ HADİSƏ: 7-ci sinif şagirdi intihar etmək üçün…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda yeddinci sinif şagirdi olan qız özünü məktəbin binasından atmaq istəyib.

Metbuat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə baş verib.

Belə ki, yeddinci sinif şagirdi üçüncü mərtəbədə pəncərənin kənarına çıxıb. Vəziyyətə dərhal müdaxilə edən müəllim kollektivi baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb.

Rüya tabirlerini burdan oku

Uşaqla məktəb psixoloqu tərəfindən söhbət aparılıb. İlkin məlumatlara görə, məktəblinin bu addımı atmasına səbəb evdə, ailə-məişət zəminində məruz qaldığı xoşagəlməz hallardır.

Hadisə barədə Təhsil İdarəsinə, ərazi üzrə polis bölməsinə, yerli icra hakimiyyətinə məlumat verilib. Qızın ailəsi ilə danışıqlar aparılıb. Məktəbli və ailəsi hazırda nəzarətdə saxlanılır.

Suraxanı rayon icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyasından bildirilib ki, hazırda uşağın vəziyyəti qənaətbəxşdir:

“Məktəblinin və anasının vəziyyəti yaxşıdır, heç bir həyati təhlükəsi yoxdur. Məktəbli yetkinlik yaşına çatmayıb. Ola bilər ki, hansısa ailə üzvünə qarşı münasibətdən dolayı, ya da dostları, rəfiqələri ilə arasında yaşana biləcək hər hansı inciklik səbəbindən bu addımı atıb.

Düşünürük ki, diqqət cəlb etmək üçün bu addımı atıb. Uşaqla psixoloq danışıb, söhbət aparıb.

Məsələ ilə bağlı təfərrüat vermək istəmirik. Sadəcə olaraq səlahiyyətlərimiz çərçivəsində ərazi üzrə yetkinlik yaşına çatmayanlarla bağlı, onların həyati təhlükəsi yaranarsa dərhal qarşısının alınması istiqamətində tədbirlər görürük”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu