fbpx

Bakı metrosuna giriş məhdudlaşdırıla bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər yeraltı nəqliyyatdan istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir.

Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir?

Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir.

Rüya tabirlerini burdan oku

Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. Hətta elə olur ki, sıxlıq ucbatından metroya daxil ola bilmirlər.

Sərnişinlər bildirir ki, hətta sıxlığa görə halı pisləşənlər də az olmur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da son günlər metroda sıxlığın daha çox artdığını təstiq edir. Onun sözlərinə görə buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.

Bəxtiyar Məmmədovun sözlərinə görə sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə əgər son günlərdəki sıxlıq biraz da davam edərsə platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.








You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu