Bakı metrosunda daha 4 yeni qatar xəttə buraxılacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin ortalarında “Bakı Metropoliteni” QSC daha 4 qatar tərkibi olan 20 yeni vaqonu xəttə buraxacaq.
QSC-dən Metbuat.az-a verilən məlumata görə, bununla da yeni qatarların sayı 23-ə çatdırılacaq. Bununla da, stansiyalarda hərəkət edən qatarların 50%-ni yeni qatarlar təşkil edəcək.
Yeni qatarlar Rusiyanın “Metrovaqonmaş” şirkətinə sifariş verilib və onların istehsalına başlanılıb.
Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.