Bakı metrosunda dilənçilərə qarşı əməliyyat: 16 nəfər saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı metrosunda dilənçilərə qarşı əməliyyat keçirilib, 16 nəfər saxlanılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dilənçiliklə məşğul olan 16 nəfər, o cümlədən 3 kişi, 7 qadın və 6 azyaşlı saxlanılıb və barələrində müvafiq tədbir görülüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.