fbpx

Bakı metrosunda gecikmələr oldu



“Bakı Metropoliteni” QSC-nin elektrik xətlərində gərginlik qısamüddətli aşağı düşüb.

BEY.AZ bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hazırda metronun Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır. Xəttin sahələri üzrə qatarların hərəkət intervalında 1-2 dəqiqə gecikmələr müşahidə olunub.

Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin