Bakı metrosunda yeni stansiyalar tikiləcək
“Bu gün metropolitenin bir stansiyası inşa olunur. Bu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən şərti adı “B-04” olan Bənövşəyi xəttin 5-ci stansiyasıdır. Onun ən geci 2025-ci ilin birinci yarısında istifadəyə hazır olması üzərində iş gedir”.
BEY.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib:
“Zamanla burada olan işlər barədə ictimaiyyətə müfəssəl məlumatlar verilir. Lakin ümumi götürdükdə, bilirsiniz ki, Bakı metropoliteninin konseptual inkişaf sxemi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Həmçinin Bakının inkişaf strategiyası da çox vacibdir. Planlar şəhərin əsas axın istiqaməti, inkişaf perspektivləri və s. nəzərə alınmaqla effektiv ola bilər. Bakının yeni baş planında da məsələyə xüsusi yanaşılacaq. Həm bu sənəddə, həm də ümumi bəlli vəzifələr Yaşıl və Qırmızı xətlərin ayrılması üzrə layihəyə bağlıdır”.