Bakı şəhərciyinə müraciətlər davam edir – ARMY.AZ
Army.az-a istinadən bildiririk ki
Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaları ilə yaradılan Türkiyə-Azərbaycan Universitetinə sənəd qəbuluna başlanılıb.
Müraciətləri avqustun 19-dək açıq olan universitet 2024-2025-ci tədris ilindən etibarən təhsilə başlayacaq . İki ölkə arasında birgə yaradılmış Türkiyə-Azərbaycan Universitetinin çətiri altında Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe universitetlərinin kompüter, sənaye və qida mühəndisliyi proqramlarına tələbə qəbulu həyata keçiriləcək. Bu universitetlər “ Bakı şəhərciyi” adı altında öz diplomlarını verə biləcəklər . Proqramları müvəffəqiyyətlə bitirən tələbələr müvafiq universitetlərin diplomlarını alacaqlar. Tələbələrin işə qəbulu bu universitetlərin mövcud prosedurlarına uyğun olaraq həyata keçiriləcək.
Mənbə: ARMY.AZ