fbpx

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni təyin olunmuş rəis kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis – İbrahim Müseyib oğlu Əliyev təyin edilib.

Metbuat.az Baş İdarəyə yeni təyin olunmuş rəisin tərcümeyi-halını təqdim edir:

Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə anadan olub.

Ali Peşə Məktəbi–Bakı Kompüter Liseyini, Azərbaycan Dövlət Neft Akademiyasını Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, daha sonra həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir, 2 övladı var.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin