fbpx

Bakı-Sumqayıt yolunda illərlə davam edən tıxac problemi

Rüya Yorumları burda


“Bakı-Sumqayıt yolu fəlakətli bir yoldur. İllərdir bu tıxac məsələsi insanlara əziyyət verir. Onları düşünmək lazımdır. İnsanları düşünəndə yol tapmaq olur. Mütəxəssisləri yığaraq alternativ təklifləri dinləyib, sistemləşdirəndən sonra optimal yol tapıla bilər”.

Bu sözləri BEY.AZ-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, cəmiyyətdə mütəxəssis fikrinə əhəmiyyət verən yoxdur:


“Elə fikirləşirlər ki, insanlar qoy bir az da əziyyət çəksinlər. İnsanları illərdir bu qədər əziyyətə düçar etmək olmaz. Bəlkə kimlərsə bunun mənasını başa düşmür, amma bu, iqtisadiyyatımıza böyük zərbə vurur. Hər gecikən vətəndaş hansısa bir istehsal və ya istehlak sahəsində müəyyən problemlərin yaşanmasına səbəb olur. Ona görə də biz bu məsələ üzərində ciddi işləməliyik”.

Fazil Mustafa qeyd edib ki, tıxacın əsas səbəbi metro tikintisi ilə bağlıdır:

Rüya tabirlerini burdan oku

“Metro tikintisində özbaşınalıq hökm sürür. Heç bir ciddi irəliləyiş olmadı. Bu da daşınma məsələsində problem yaratdı. Böyük şəhərlərdə 250-yə yaxın metro stansiyası var. Amma Bakıda bu stansiyaların sayı 50-ni keçmir. Bu o deməkdir ki, məsələ sadəcə diqqətdən kənarda saxlanılır. Vacib deyil yeraltı metro olsun. Yerüstü metro nəqliyyat infrastrukturu qurula bilərdi. Sumqayıt-Bakı arasında bunu daha çevik şəkildə qurmaq olardı. Amma bu işlərdə heç bir irəliləyiş yoxdur. Bu haqda düşünülmür. İllərdir olan təcrübələr bunu göstərir ki, məsələyə rasional yanaşma yoxdur”.

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, Bakı-Sumqayıt yolunda tıxacın qarşısını almaq üçün Xırdalan dairəsini “dağıtmaq” lazımdır:


“Başqa hərəkət mexanizmi qurulmalıdır. Asma körpü tipli işlər görülməlidir. Xırdalana körpü vasitəsilə gediş-gəlişi bərpa etmək olar. 20 yanvar dairəsində hərəkətin tənzimlənməsi üçün körpülər, tunellər şaxələnməlidir. Bu işlər görülsə, müəyyən bir dəyişiklik baş verə bilər. Hərəkət axını fərqli formada təşkil edilməlidir ki, sıxlıq yaranmasın”.

Ekspert qeyd edib ki, hələ ki, bununla bağlı ciddi işlər görülmür:

“Ona görə də, bu il də bu problem yaşanacaq”.

Seyranə Quliyeva / BEY.AZ






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu