Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə nə qədər qaz ixrac edilib?
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə 79 mlrd. kubmetrdən çox qaz Türkiyəyə ixrac olunub.
Energetika Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, 2007-ci il iyulun 3-də Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib.
Qeyd olunur ki, kəmər “Şahdəniz” qaz-kondensat yatağının kəşf olunmasından sonra bu layihə çərçivəsində hasil edilən təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyə bazarına nəql olunması üçün inşa edilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |