fbpx

“Bakı və İrəvan problemləri çözməkdə israrlıdır”

Rüya Yorumları burda

“Qazaxın dörd kəndinin qaytarılması cənab Prezident İlham Əliyevin növbəti qətiyyətli qələbəsindən biridir”.

Bu açıqlamanı BEY.AZ-a millət vəkili Arzu Nağıyev verib. Millət vəkili eyib ki, Azərbaycan xalqı, o cümlədən bütün dünya gördü ki, cənab Prezident nəyi, nə zaman etməyi həm çox gözəl bilir, həm də verdiyi hər bir sözün yerinə yetirilməsində israrlıdır:

“Bildiyiniz kimi, aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələr arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Rüya tabirlerini burdan oku

Bu məsələlər 1991-ci il “Alma ata” sazişinə uyğun olaraq əksini tapacaqdır. May ayının 15-nə qədər protokollar imzalanacaq və birmənalı şəkildə həmin ərazilər Azərbaycan ərazisi kimi göstəriləcəkdir. Bundan öncə də həmin kəndlər Azərbaycan ərazisi idi, heç bir anklav deyildi. Hesab edirəm ki, 2020-ci ildən məhz imzalanmış sazişə uyğun olaraq həmin kəndlərin qaytarılması, anklavların məsələsinin həlli ən mühüm addımlardan biri idi”.

Millət vəkili xatırladıb ki, Qərb, Amerika Birləşmiş Ştatları, Fransa və ermənilərin digər havadarları ciddi cəhdlə Ermənistan və Azərbaycan arasında istənilən danışıqda vasitəçi rolunu oynamağa çalışırdı. Arzu Nağıyev vurğulayıb ki, bu gün bir daha sübut olunub ki, iki dövlət öz aralarında olan problemləri çözməkdə israrlıdır:

“Qərbin atdığı addımlara əsasən, münaqişənin yenidən gündəmə gəlməsi, hansısa müharibənin yenidən alovlanması məsələsi ən qorxulu tendensiya idi. Bu gün artıq müstəqil siyasət həyata keçirməklə bu problemlərin həlli istiqamətində çox ciddi addımlar atılır.

Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində aparılan müstəqil xarici və daxili siyasət nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əminliklə qeyd edə bilərəm ki, hərtərəfli suverenliyini qorumaq üçün imkanlarımız var”.

Gülbəniz Hüseynli / BEY.AZ





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu