fbpx

Bakı Zooparkı bayram günlərində fəaliyyət göstərəcək?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Novruz bayramı ilə bağlı ölkəmizdə 9 gün qeyri-iş günü olacaq. Bu günlərdə əsasən də uşaqların sevimli məkanı olan Bakı Zooparkı necə fəaliyyət göstərəcək?

Metbuat.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva Trend-in sualına cavab olaraq bildirib ki, zoopark adi günlərdəki kimi fəaliyyət göstərəcək.

“Belə ki kassalar həftənin beş günü səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq və eyni zamanda onlayn formada da bilet satışı həyata keçiriləcək. Şənbə və bazar günləri isə kassalar səhər 9:00-dan fəaliyyət göstərəcəklər”, – deyə icraçı direktor bildirib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Bakı Zooloji Parkına girişin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manatdır. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuzdur.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi, demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu