Bakıda 11 yaşlı qıza əxlaqsız hərəkətlər edən şəxsə bu cəza verildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda 11 yaşlı məktəbli qıza qarşı seksual hərəkətlər edilib.
Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən edilərək saxlanılıb.
M.A barəsində barəsində Cinayət Məcəlləsinin 153.2-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək özəl şirkətlərdən birində satış meneceri işlədiyini bildirib. O, əməlindən peşman olduğunu etiraf edib.
Məhkəmə istintaq orqanının təqdimatını əsaslı sayıb.
Qərara əsasən M.A barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #yaşlı #qıza #əxlaqsız #hərəkətlər #edən #şəxsə #cəza #verildi