Bakıda 18 yaşlı tələbə ölümə səbəb oldu
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
BEY.AZ xəbər verir ki, paytaxt sakini, 2006-cı il təvəllüdlü Ayaz Sultanov Mərdəkan qəsəbəsində idarə etdiyi “Audi A6” markalı avtomobillə yolu keçən 52 yaşlı Kəklik Əliyevanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb.
Bildirilir ki, hadisəni törədən gənc Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. O, sürücülük vəsiqəsini yeni alıbmış.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |