Bakıda 2 avtomobildən 40 min manatlıq oğurluq edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.
Bu barədə Metbuat.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə rayon ərazisində “Mack” markalı 2 avtomobildən 40.000 manat dəyərində hissələrinin sökülərək oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Şabanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.