fbpx

Bakıda 40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2021-2022-ci tədris ilinin I yarım ili üzrə şagirdlərin bilik və bacarıqlarının rəqəmsal formada qiymətləndirilməsi məqsədilə ölkənin seçilmiş ümumi təhsil müəssisələrində pilot şəklində qiymətləndirmə təşkil olunub.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, müsbət nəticə əsasında cari tədris ilindən etibarən Bakı şəhərində yerləşən 40 ümumi təhsil müəssisəsində qiymətləndirmə rəqəmsal formata keçid edir.

Rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir.

Rüya tabirlerini burdan oku

Qiymətləndirmə seçilmiş məktəblərin V,VI,VII və VIII siniflərində (tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə) şagirdlərin ümumi təhsil müəssisələrində iştirakı ilə həyata keçirilir. Qiymətləndirmə rəqəmsal şəkildə “Virtual məktəb” platforması üzərindən aparılır.

Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı, kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir.

Qeyd edək ki, ötən tədris ilində ölkənin 8 rayonunun 26 təhsil müəssisəsində məktəbdaxili böyük summativ qiymətləndirmə pilot olaraq rəqəmsal formada həyata keçirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu