Bakıda 52 yaşlı kişi evdə yanaraq ölüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.