fbpx

Bakıda 8 ballıq zəlzələ olacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq”.

Metbuat.az “Baku.ws”a istinadən bildirir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, belə danışanlar boşboğazlardır, bu işlə məşğul olmayanlar, ümumiyyətlə zəlzələ nə cür baş verir, dalğa haradan gəlir bilməyənlərdir:

Rüya tabirlerini burdan oku

“Oturub ağızlarına gələni yazırlar, deyirlər. Mən elə şeylərə fikir vermirəm. Bütün respublika üzrə zəlzələ tədqiqatını ən müasir aparatlarla həyata keçirən cəmi 1 qurum var. Bizim təşkilatdan bir nəfərin adı çəkilsin ki, nə vaxtsa ağzına gələn boş sözü desin. Bu işdən xəbəri olmayan, adını alim qoyanlardır deyirlər ki, “Zəlzələ olacaq”, “Qışda qar yağacaq”, “Yayda gün çıxacaq”. Bu yaxınlarda Cəlilabadda baş verən zəlzələnin ardınca saytların biri yazıb ki, “Bəs seysmoloq deyirdi zəlzələ olmayacaq?”.

Seysmoloq bir daha xatırlatma etdi ki, yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur:

“Mən hər zaman demişəm, yenə də təkrar edirəm yaxın günlər üçün dağıdıcı katastrofik zəlzələ olma ehtimalı yoxdur. 5 bala kimi olan zəlzələ böyük zəlzələ deyil. Çünki zəlzələlərin də kateqoriyaları var. Bu elmdir, bundan xəbəri olmayanlar danışırlar. Cəlilabadda bir dənə ev dağıldı? Əlbəttə ki yox. Sözüm odur ki, nə isə deyəndə düşünün, ağlınız olsun! İndi telefonumda bildirişlər də var. Gecədən bu yana 40-dan çox yeraltı təkanlar olub. Biri də hiss edilməyib. Mən deyirəm ki zəlzələ olmayacaq? Zəlzələ bölgəsində qızılgül bitməyəcək ki, zəlzələ olacaq da… İnsanlardan xahiş edirəm, boş-boş şeylərə inanmayın”.

“Kim deyir ki, İstanbulda zəlzələ olmayacaq? 6 aydır bar-bar bağırırlar. 20 milyon əhalisi olan şəhər otursun gözləsin ki, zəlzələ olacaq? Bəli, İstanbul zəlzələ bölgəsidir. Şəhərin əsas təhlükəsi Mərmərə dənizində olan aktiv tektonik qırılma ilə bağlıdır. İstanbulda elə evlər var ki, 100 il əvvəl tikilib və istismar müddətini başa vurub. Mən özüm də gedəndə görmüşəm ki, bəzi binaların daşları ovxalanır tökülür. O binalar böyük silkələnmədə darmadağın olacaq”.

Q.Yetirmişli telefonlara gələn zəlzələ bildirişinə də münasibət bildirdi:

Telefonlara gələn zəlzələ xəbərdarlığı 4 baldan yuxarı zəlzələləri bölgə üzrə əhaliyə bildiriş kimi göndərir. Ölkənin bir bölgəsində kiçik yeraltı təkan olanda başqa bir bölgədə hiss edilmirsə həmin insanlar niyə boş yerə təşvişə düşməlidirlər? Yaşlısı var, xəstəsi var, lazım deyil axı boş yerə narahatlıq keçirsinlər. Ona görə də, bir daha insanlara bildirmək istəyirəm ki, boş fikirlərə aldanmasınlar, narahatlıq keçirməsinlər”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə ölkəmizdə güclü zəlzələ olacağı ilə bağlı çoxlu sayda iddiaılar dolaşır. Hətta iş o yerə çatıb ki, artı tarix və saat da qeyd edilir ki, filan tarixdə, filan bölgədə 8-9 ballıq zəlzələ baş verəcək. Rəsmi qurumlar isə əhaliyə narahat olmamağı, belə müraciətlərə isə aldanmamağı tövsiyə edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #ballıq #zəlzələ #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu