Bakıda ağır qəza – Bir ailənin meyiti çıxarıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şosesinin 15-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
BEY.AZ xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirirək yol kənarında yerləşən maneəyə çırpılması nəticəsində qəzanın baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş üç nəfərin – 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |