fbpx

Bakıda avtobusda cibgirlik edən şəxs tutulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda avtobusda cibgirlik edən şəxs tutulub.

Bu barədə Metbua.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə Binəqədi qəsəbə sakini A.Cabbarovanın 170 manat pulunun, şəxsiyyət vəsiqəsi və bank kartının çantasından oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Manafov müəyyən edilərək saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində marşrut avtobuslarında daha bir qadının və bir kişinin ciblərindən pul, bank kartları və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin