fbpx

Bakıda avtobusdan enən məktəbli qızı maşın belə vurdu

BEY.AZ informasiya agentliyi xəbər verir



Bakıda avtobusdan enən şagirdi avtomobil vurub.

Metbuat.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Parlament prospektində baş verib.

Minik avtomobili dayanmış avtobusu sağdan ötməyə çalışıb. Bu zaman avtobusdan düşən məktəbli qızı vurub.

Xəsarət alan Elm və Təhsil Nazirliyinin İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Nərmin İmanzadə Kliniki Tibbi Mərkəzin Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib.

Valideyninin razılığı ilə məktəblinin də fikirlərini öyrəndik.

Minik avtomobilinin sürücüsü isə kamera qarşısında müsahibədən imtina etdi.

O, şifahi olaraq bildirdi ki, avtobus dayanacaqdan kənarda saxlayıb və nəticədə belə hadisə baş verib.

”Baku Bus” MMC-nin hüquq müdafiəçisi Rüstəm Cəfərov isə bu iddianın əsassız olduğunu qeyd etdi.

Rüstəm Cəfərov əlavə etdi ki, hər hansı sürücü dayanacaqdan kənarda saxlamağa cəhd etsə, bununla bağlı müvafiq tədbirlər görülür.

Faktla bağlı Səbail rayon polis idarəsinin istintaq şöbəsində araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #avtobusdan #enən #məktəbli #qızı #maşın #belə #vurdu

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin