fbpx

Bakıda bağ evlərinin baha olması bölgələri cəlbedici edir

BEY.AZ informasiya agentliyi xəbər verir

Artıq yay mövsümünün astanasındayıq. Havalar isindikcə insanların istirahət etmək istəyi onları şəhərdən təbiət qoynuna aparmağa başlayır. Hər il bu axın həm paytaxt ərazisində, həm də respublikanın digər bölgələrində kirayə həyət və bağ evlərinə tələbatı artırır.

Bu mövzu barədə Metbuat.az-a danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, ötən ildən fərqli olaraq bu il vəziyyət bir qədər fərqlidir. Ekspert deyir ki, Bakı şəhərindəBakı normal şəraitə sahib bağ evlərinin qiyməti təxminən 2000 min manatdan başlayır. Bu da orta statistik ailə büdcəsinə uyğun gəlmədiyindən onlar istirahət üçün paytaxtdan bölgələrə üz tuturlar.

“Əvvəllər yay mövsümündə daha çox bağ evlərini Rusiyada və digər yerlərdə yaşayan azərbaycanlılar kirayə edirdi. Amma hazırda quru sərhədlərin bağlı olması onların gəlməsinə problemlər yaradır. Yerli əhali və bir qədər maddi imkanı yaxşı olan adamların əksəriyyəti artıq kirayə üçün şəhəri deyil, bölgələri maraqlı hesab edirlər. Çünki Bakı şəhərində bağ evlərində elə də böyük yaşıllıq ərazi və təmiz hava şəraiti yoxdur. Hətta dənizin də böyük hissəsi hasarlanıb. Bu da istirahətə yararlı çimərlik imkanını azaldır ”.

E.Fərzəliyevin sözlərinə görə, qapanmalar səbəbindən insanlar rayonlara səfər etdikcə oradakı mühit ilə daha yaxından tanış olurdular. Məhz ona görə də hazırda paytaxtı dincəlmək üçün seçənlərdən daha çox rayonlarda istirahətə üstünlük verənlər çoxdur.

Müsahibimiz onu da qeyd etdi ki, yay müddətində bölgələrə üz tutanların sayının çoxalması yerli turizmin inkişafına da böyük təsir edir.

“Rayonlara gedənlər burada ev kirayə etməklə bərabər bölgədə turizm məkanların baş çəkir, restoranlarda qidalanır, əyləncə mərkəzlərində dincəlirlər. Bu da həmin ərazidə turizmi canlandırır. Qeyd edim ki, bölgələrdə bağ evlərinin kirayə qiyməti təxminən 40-50 manatdan başlayır. Elə bağ evləri varki burada qiymət bir gün üçün 300 manata qədər dəyişə bilər. Amma çox da böyük olmayan həyət evlərini daha ucuz qiymətə yeni kirayə götürmək olur. Adətən gün ərzində təbiətdə gəzib axşam yatmaq üçün evə ehtiyac duyan şəxslər nisbətən ucuz qiymətə, daha az şəraitli evlərə üstünlük verirlər”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin