Bakıda bir neçə obyektdə yanğın baş verdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.
BEY.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 3250 kvadratmetr olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən mebel sexinin taxta atmaları 400 kvadratmetr və içərisindəki mebel əşyaları 100 kvadratmetr sahədə, avtomobil təmiri sexi 100 kvadratmetr sahədə və sexdəki 1 ədəd avtomobilin yanar hissələri, avtomobil ehtiyat hissələrinin satışı sexinin dam örtüyü 20 kvadratmetr sahədə və açıq əraziyə yığılmış mebel avadanlıqları 40 kvadratmetr sahədə yanıb.
Obyektin böyük hissəsi, həmçinin təmirə dayanmış 5 ədəd avtomobil və avtomobil ehtiyat hissələri yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |