Bakıda böyük söküntü bu rayonlarda olacaq
Qəzalı vəziyyətdə olan binaların söküntüsü əsasən Bakı şəhərinin mərkəzi rayonlarını əhatə edəcək.
BEY.AZ xəbər verir ki, bunu əmlak eksperti Elnur Fərzəliyev “Xəzər Xəbər”ə deyib.
Ekspertin sözlərinə görə, Bakıda 1970-ci ildən əvvəl tikilmiş yaşayış binaları var ki, onlar ipoteka üçün də yararsız hesab olunur.
O əlavə edib ki, qəzalı vəziyyətdə olan binalar çox olduğuna görə onların söküntüsü mərhələli şəkildə həyata keçirilə bilər.