fbpx

Bakıda “COMSATS” ilə birgə təlim mərkəzi yaradılacaq

BEY.AZ informasiya agentliyi xəbər verir



Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahələrində uzunmüddətli əməkdaşlıq imkanlarından danışılıb.

Görüş zamanı Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanması ilə bağlı COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.

Bildirilib ki, bu layihə ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının inkişafı və müasir innovasiya mühitinin formalaşdırılmasına müsbət töhfə verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Bakıda #COMSATS #ilə #birgə #təlim #mərkəzi #yaradılacaq

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin