fbpx

Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək


Bakıda Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək.

BEY.AZ xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək görüş “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunacaq.

III Zirvə görüşündə açılış nitqi ilə Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edəcək.

“The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluğu ilə keçəcək görüşdə forumda iştirak edən beynəlxalq təşkilat rəhbərləri və nümayəndələrinin proqram üzrə çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, 1-3 may tarixini əhatə edəcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizmin birgə tərəfdaşlığı ilə keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin